Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir

0

  •           2018-ci ildən keçirilməyə başlayan “TEKNOFEST” Festivalının ildən-ilə nüfuzu artmaqdadır. İndi bu festival beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Türkiyədən kənarda “TEKNOFEST”in Azərbaycanda təşkil olunması isə iki ölkə arasında olan qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı dərinləşməsinə səbəb olur.         Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsində də bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. Məhz həmin dövrdə Azərbaycanın hərb tarixində ilk dəfə olaraq 5-ci nəsil müharibə əməliyyatları aparması ilə hərb tarixinə düşdü. Bu gün dünyanın qabaqcıl hərbi məktəblərində bizim Vətən müharibəsindəki taktika və strategiyamız tədris olunur. Məhz İkinci Qarabağ müharibəsində bizim istifadə etdiyimiz və ən son texnoloji həllərə malik "Bayraktar TB2" dronları sonradan dünyanın bir sıra ordularının arsenalına qatıldı.        Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da çıxış etmələri festivalın əhəmiyyətini bir daha artırdı, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib, şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının bolşevik işğalından azad edilməsi zamanı türkiyəli qardaşlarımız köməyimizə yetişdi, şəhərimizi birlikdə azad etdilər, bu yolda şəhidlər verdilər. Bu, qardaşlıq üçün ən gözəl nümunə və örnəkdir. Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə yenə də Azərbaycanın yanında oldu, xalqımıza mənəvi-siyasi dəstəyini əsirgəmədi.        Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət başçılarının birliyi və həmrəyliyi, bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. İmzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, müttəfiqliyin geostrateji əhəmiyyətini yüksəldir.           İnanırıq ki, bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq.                                           Akif Rüstəmov,                          Xocalı rayon ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib35 dəfə
    “TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir

    Maraqlı gələ bilər
    41
    54
    38
    54